Norveçli şahmatçı, dünyanın 1 nömrəli qrossmeysteri Maqnus Karlsen Bakıda keçiriləcək dünya kubokunda iştirak edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə FİDE məlumat yayıb. Karlsenin yarışda iştirakı təsdiqlənib.
O, iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.
Qeyd edək ki, yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. Dünya kubokunun mükafat fondu 2,5 milyon dollardır.