Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11-də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələri elan edilib.
Metbuat.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.
Bu nəticəni Abiyev Anar Mərhəmət oğlu göstərib. Onun 2018-ci ildə ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanında da maksimal – 700 ballıq nəticə göstərdiyi bildirilir.