​"Ukraynanın müdafiə sənayesi tezliklə tarixə qovuşacaq” - Putin

"Ukraynanın müdafiə sənayesi tezliklə tarixə qovuşacaq”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin Moskvada Kreml sarayında Ukrayna-Rusiya müharibəsində xidmət etmiş müharibə müxbirləri ilə görüşüb. O bildirib ki, Qərbin verdiyi silahlar tezliklə tükənəcək və Ukraynanın müdafiə sənayesi tamamilə ortadan qalxacaq. Putin Rusiya ordusunun Ukraynada mövcudluğunun davam edəcəyini bildirib. NATO-nun Ukrayna üzərindən Rusiyanı yenidən dizayn etmək istədiyini vurğulayan Putinin sözlərinə görə, hələ 2008-ci ildə gərginliyin olmadığı vaxtda NATO Ukraynanın hərbi alyansa qoşulmağa dəvət edib.

Putin bəyan edib ki, NATO-nun Rusiya sərhədlərinə gəlməsi qəbuledilməzdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı