Ruslar Zelenskinin doğulduğu şəhəri bombaladı

Rusiya ordusu Ukraynanın Kriviy Riq şəhərini bombalayıb.

Metbuat.az xəbər verir ki, mərminin binanı hədəfə alması nəticəsində 6 nəfər həlak olub. Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, ruslar Kriviy Riq şəhərinə bir neçə raket atıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun "Şərq" qüvvələri komandanlığı tərəfindən 3 rus raketi məhv edilib. Lisak, bir neçə raketin şəhərə düşdüyünü qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski Kriviy Riq şəhərinə raket hücumu ilə bağlı sosial media hesabında açıqlama verib. Kriviy Rigdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski, “Terrorçular heç vaxt bağışlanmayacaq və atdıqları hər raketin hesabını verəcəklər” deyib.

Qeyd edək ki, Vladimir Zelenski Kriviy Riq şəhərində anadan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR