İmtahan vermiş 53 şagirdin qiymətində dəyişiklik edilib - DİM

Aprelin 2-də keçirilmiş imtahanların nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasına 515 şagird 2048 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 53 şagirdin 64 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,01 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 64 düzəliş edilmə halından 9-u şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır.

DİM şagirdlərin nəzərinə çatdırır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə edilir.

Qeyd: İmtahanlarda 25000-dən çox şagird iştirak edib və onların 600000-dən çox yazı işi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı