Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirildi

Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib

Dəyişikliklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.

Əvvəllər isə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 il idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı