Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Paşa Salmanovun atası Həkim Salmanov vəfat edib.

Metbuat.az-ın məlumatına görə, şəhidin atası bu gün Göyçay rayon Çərəcə kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Paşa Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağdam döyüşlərində düşmən tərəfindən atılan artileriya atəşi zamanı ağır yaralanır. Paşa Salmanov dekabrın 6-da Hərbi hospitalda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Salmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Gülər Seymurqızı

Bir 2 nəfər və bunu deyən yazı "REDMI NOTE 8 AI QUAD CAMERA" şəkili ola bilər

Bir 2 nəfər, abidə və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR