Türkiyənin Azərbaycandakı səfiri Şuşaya gedib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərinə səfərə gedib.

Metbuat.az xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.

O, şəhərdən paylaşdığı fotoları “Qafqazın tacı, mədəniyyət və tarixin qovuşduğu yer, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa” sözləri ilə şərh edib.

Şuşa Bəyannaməsinin imzalanmasının ildönümündə Şuşaya səfər etdiyini bildirən C.Bağçı əlavə edib:

“Münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıran tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümündə Şuşanın tarixi meydanındayıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".

Qeyd edək ki, bu gün "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı