Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,2 % artaraq 76,96 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 72,98 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı