Bill Qeyts Çinə getdi

ABŞ-ın “Microsoft” şirkətinin qurucusu Bill Qeyts qlobal sağlamlıq və inkişaf məsələləri sahəsində çalışan fondu təmsil edən danışıqlar aparmaq üçün Çinə səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Qeyts tvitter hesabında yazıb. O, 2019-cu ildən bəri ilk dəfə Pekinə getdiyini açıqlayıb. Səfər çərçivəsində o, Qeyts Fondunun 15 ildir əməkdaşlıq etdiyi Çindəki tərəfdaşları ilə görüşəcək. Qeyts Çinin bir çox sahədə uğurlu təcrübəyə malik olduğunu bildirib.

Qlobal iqlim dəyişikliyi, sağlamlıq və ərzaq təhlükəsizliyinə dair çıxışında problemlərin həlli üçün texnoloji yeniliklərə ehtiyac olduğuna diqqət çəkən Qeyts bildirib ki, dünyada yoxsulluğun azaldılmasında əhəmiyyətli irəliləyişlər əldə edilsə, qlobal böhranlar sayəsində bu uğurlar azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı