Vahid taksi xidməti yaradılacaq? - AÇIQLAMA

Bu gün yığılmış problemlər və onların həlli üçün atılan addımlar var.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, bu qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır və vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur: “Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində yoxdur. İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır. İctimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı