Simeonenin oğlu "Napoli" ilə müqavilə imzaladı

"Napoli" komandada icarə əsasında şıxış edən Covanni Simeonenin transfer hüquqlarını alıb.

Metbuat.az xəbər verir ki, "Verona"dan transfer edilən argentinalı hücumçunun sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Napoli" Simeone üçün "Verona"ya 12 milyon avro ödəyəcək."Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu ötən mövsüm A seriyasında 25 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR