Neftçalada Kürdə batanların adları məlum olub

Neftçalada Kür çayında batan yeniyetmələrin adları məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onlar Beşdəli kənd sakinləri - 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğludur.

Qeyd edək ki, hər üç yeniyetmə axşam saatlarında Kür çayında çimərkən boğulub. Onların meyitləri FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR