Bir qrup tibb işçisi təltif edildi - FOTO

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılan xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar iyunun 17-də Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinin təqdimat mərasimi keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR