Raquf Orucovun oğlu məzun oldu - FOTO

“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu Bakı Oksford Məktəbindən məzun olub.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı, ZƏFƏR şəhid ailələrinə ictimai birliyinin rəhbəri Sevinc Orucova feysbuk səhifəsində paylaşım edib.

"Bu gün Nihadımız Bakı Oksford Məktəbindən məzun oldu. Müstəqil həyata ilk qədəmlərini qoyur. Əminəm ki, Raquf həmişə onu qoruyacaq. Özü cismən yanımızda olmasa da, Nihadı göylərdən seyr edib qürur duyur. Həmişə sənə layiq olmağa çalışdıq ,Raquf!" - paylaşımda qeyd olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR