Çin ABŞ-a söz verdi - Rusiyaya silahlar verilməyəcək

Pekində Çin sədri Si Cinpinlə görüşən ABŞ-ın dövlət katibi Antoni Blinken təmaslarla bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Çinə səfərin məqsədi yüksək səviyyəli kommunikasiya kanallarını gücləndirmək olub. Onun sözlərinə görə, ABŞ və Çin ikitərəfli münasibətləri sabitləşdirməyin zəruriliyi barədə razılığa gəliblər. “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir” deyən Blinken, Çinin Tayvan ətrafındakı təxribat xarakterli hərəkətləri ilə etirazlarını çatdırıb. Həmçinin Blinken Çindən Şimali Koreyanın təhlükəli davranışını cilovlamasını tələb edib. Görüşlər zamanı regional və qlobal problemlər və Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Blinken bəyan edib ki, Çin Rusiyaya Ukraynada istifadə edəcəyi ilə bağlı öldürücü silahlar verməyəcəyinə dair ABŞ və digər ölkələrə zəmanət verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı