Suriya münaqişəsini həll etmək üçün yenidən toplandılar

Astanada Türkiyə, Rusiya və İran Suriya böhranının həlli üçün 20-ci dəfə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, zəmanətçi ölkələrlə görüşlərə texniki məsələləri müzakirə etməklə başlayıb. Türkiyəni toplantıda xarici işlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda Dəməşq administrasiyasının xarici işlər nazirinin müavini Ayman Susan, müxalifəti isə Əhməd Tumanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşdə humanitar vəziyyət, ölkənin yenidən qurulması və suriyalı qaçqınların ölkələrinə qayıtması üçün şəraitin yaradılması kimi məsələlər, Suriyada terrorla mübarizə tədbirləri müzakirə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı