Mənsimov buna görə atasının dəfnində iştirak edə bilməyəcək - FOTO

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə iş adamı öz sosial media hesabında paylaşım edib. Mənsimov İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarına görə Bakıya gələ bilməyəcəyini bildirib:

"Bəzi şərəfsiz və namussuzların pis oyunlarına görə, atamı vətənimdə torpağa tapşıra bilməyəcəm. Çünki İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarı qüvvədədir. İnanıram ki, mən orada olmasam da, siz mənim atamı tək qoymayacaqsınız. Bunu heç vaxt unutmayacağam",- deyə iş adamı yazıb.

Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İş adamı həmin ilin iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı