Avroviziya təmsilçimiz Safura Əlizadənin həyat yoldaşı Fərhad Əliyevin birinci evliliyindən olan qızı Aliyə ifaçılığa başlayıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, özünü Lexa adı ilə təqdim edən Aliyə bəstəkar Emin Sabitoğlunun “Əlvida” adlı bəstəsini fərqli aranjımanda ingilis dilində səsləndirib.
Gənc müğənni bu ifasına İçərişəhərdə klip çəkdirib.
Qeyd edək ki, Aliyə mərhum nazir Natiq Əliyevin oğlu olan F. Əliyevin Sara Əliyeva ilə nikahından dünyaya gəlib.
F. Əliyevin Safura ilə evliliyindən 3 övladı var.