"Arsenal"ın ulduzunun türklərə dəstəyi təqdir edildi

"Arsenal"da çıxış edən Bukayo Saka Türkiyədə zəlzələdən zərər çəkən 26 ailəyə dəstək olub.

Metbuat.az xəbər verir ki, Saka açıqlamasında “dəhşətli xəbərləri sosial mediada və televiziyada gördüm və qərarə aldım ki, bu faciədən zərər çəkmiş insanlara kömək edim” deyə bildirib. “BigShoe” xeyriyyə təşkilatı ilə görüşən Saka Türkiyədə zəlzələdən zərər çəkmiş 26 ailəyə konteyner evləri bağışlayıb. "Üzərində damı olan hər kəs özünü xoşbəxt hesab edə bilər” deyən Saka belə dəstəyin onlar üçün böyük anlam ifadə etdiyini qeyd edib.

Qeyd edək ki, fevral ayında Kahramanmaraşda baş verən zəlzələdən sonra dünyanın bir sıra məşhur şəxsləri türklərə yardım edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı