"Çelsi"dən ayrılmağa hazırlaşan və adı "Qalatasaray"la hallanan Hakim Ziyeçin yeni komandası bəlli olub.
Metbuat.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Nəssr”lə razılıq əldə edib. Məlumata görə, “Əl-Nəssr” Hakim Ziyeçlə 3 illik razılıq əldə edib.
Qeyd edək ki, "Çelsi" 2020-21 mövsümünün əvvəlində Hakim Ziyeçi "Ayaks"dan 40 milyon avroya transfer edib. 30 yaşlı Hakim Ziyeç mövsümün fasiləsindən "Qalatasaray"ın gündəmində olub. "Qalatasaray"ın açıqlamasına görə, mərakeşli futbolçunun transferi bir neçə dəqiqə gecikdiyinə görə baş tutmayıb.