Sərgən Yalçın fantastik maaş istədi - “Neftçi” razılaşmadı

“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, “Neftçi” ilə bir anlaşma əldə edilməyib.

Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın “Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib.

Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı