Bayden Putinin hədələrinə diqqət çəkdi - "Mənə dəli kimi baxırlar"

“Rusiya nüvə silahından istifadə edə bilər. Putinin hədələri boş deyil”.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, Rusiyanın taktiki nüvə silahından istifadəsi ilə bağlı hədələri gerçəkdir:

“Təxminən iki il əvvəl buraya gəlib Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. İndi Putinin taktiki nüvə silahından istifadə edəcəyindən narahat olduğumu deyəndə də eyni reaksiyaları alıram”.

Qeyd edək ki, Rusiya Belarusa taktiki nüvə silahları göndərib. Belarus prezidenti Aleksandr Lukaşenko və Vladimir Putin nüvə silahının yerləşdirilməsi haqqında saziş imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR