2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Metbuat.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% və ya 12 min 370 ton azalıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana Malaziyadan 5 min 937 ton, İndoneziyadan isə 5 min 911 ton palma yağı idxal edilib.