Azərbaycanlı səfir etimadnaməsini Zelenskiyə təqdim edib

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti tviter hesabında bildirib.

“Ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfirləri təbrik edirəm. Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı gücləndiririk və həyatı qoruyuruq”, - deyə qeyd olunub.

Azərbaycanla yanaşı Norveç, İsveçrə, Pakistan və İslandiyanın səfirləri etimadnamələrini Zelenskiyə təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı