Çempion heyət dağılır - “Mançester Siti”dən gedirlər

“Mançester Siti”dən bir neçə futbolçunun ayrılması gündəmdədir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bernardo Silva, İlkay Gündoğandan sonra Uoker Kayl da karyerasını başqa klubda davam etdirməyi nəzərdən keçirir. Məlumata görə, futbolçu “Bavariya”ya keçə bilər. İddialara görə, “Bavariya” futbolçu üçün 30 milyon avro büdcə ayırıb. Futbolçu hələ yekun qərarını verməyib. Məlumata görə, İlkay Gündoğanın “Barselona” klubu ilə razılıq etdiyi irəli sürülür.

Bernardo Silva da təklifləri nəzərdən keçirir. Məlumata görə, Çempionlar Liqasını qazanan “Mançester Siti”dən daha bir neçə futbolçunun ayrılacağı istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı