Azərbaycan çempionu “Qarabağ” Avstriyaya yollanır.
Metbuat.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Təmsilçimiz təlim-məşq toplanışı üçün bu ölkəyə yola düşür. Qurban Qurbanovun yetirmələri mövsümün hazırlığını Tirolda gerçəkləşdirəcək.
“Qarabağ” Avstriyada 3 yoxlama görüşü keçirəcək. Ağdamlılar iyunun 27-də “Ferentsvaroş”, iyulun 1-də isə “Legiya” ilə üz-üzə gələcək. Sonuncu rəqib hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə görüşəcək.