“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, klub İsmayıl İbrahimliylə müqavilə imzalayıb.
Bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb. “Qarabağ”a məxsus olan yarımmüdafiəçi icarə qaydasında növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.
Xatırladaq ki, “Zirə” bu gün ötən mövsümü “Qəbələ”də keçirmiş Məqsəd İsayevi də heyətinə qatdığını açıqlayıb.