Xəyalı gerçək olur - 200 milyonluq transfer

PSG və “Real Madrid” rəhbərləri Kilian Mbappe transferi üçün 200 milyon avroya razılıq əldə edib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mbappenin PSJ-dən qalacağını açıqlamasına baxmayaraq, onun gələn mövsüm bitəcək müqaviləsini uzatmaması rəhbərliyi razı salmayıb. PSJ rəhbərliyi onu azad agent kimi buraxmaq istəmir. İddia edilir ki, bu səbəbdən PSJ “Real Madrid”in 200 milyon avro təklifini qəbul edib. Müqavilədə müxtəlif şərtlərlə 50 milyon avroluq bonusların da yer alması gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe bundan əvvəl “Real Madrid”ə transfer olmaq istədiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR