Rusiya ehtiyat ordu formalaşdırır

Ukrayna ordusu son döyüşlərdən sonra əhəmiyyətli itkilər verib.

Metbuat.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib. O bildirib ki, düşmən itkilərdən sonra hücumların intensivliyini azaldıb. Sergey Şoyqunun sözlərinə görə, Ukrayna qoşunları yenidən qüvvə yığmağa cəhd edir.

“Ukrayna ordusunun bəzi istiqamətlərdə əhəmiyyətli itkilərinə baxmayaraq əks-hücumları davam etdirmək gücü var. Rusiya Ukraynanın yeni hücumuna qarşı hazırlıqları davam etdirir. Biz ehtiyat ordu formalaşdırırıq. Hər şey plan üzrə gedir. İyunun sonuna qədər ehtiyat ordunun, yaxın vaxtlarda isə korpusun formalaşmasını başa çatdıracağıq" - Sergey Şoyqu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı