Kəbədə cümə namazı qılındı

Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gələn yüz minlərlə zəvvar Məscidül-Həramda cümə namazını qılıblar.

Metbuat.az xəbər verir ki, Kəbədə xütbə verilib. Xütbədə din adamları Hz. Məhəmmədin Həccdəki vida ziyarətinə toxunaraq, ziyarətin müsəlmanlar üçün əhəmiyyətini vurğulayıblar. Məlumata görə, cümə namazını Kəbəyə daha yaxın dayanaraq qılmaq istəyən zəvvarlar əraziyə bir neçə saat əvvəl gəliblər. Zəvvarların sıxlığı başlamazdan əvvəl Məscidül-Həramda təmizlik işləri aparılıb.

Yaşadıqları yerlərdən qrup halında Məscidül-Hərama gedən zəvvarlar cümə gününə qədər namaz, təvaf və dualar ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR