Azərbaycanda bankların xalis mənfəəti 32% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437.1 milyon manat xalis mənfəət əldə edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 32% çoxdur. 2022-ci ilin yanvar-may aylarında Azərbaycanın bank sektoru 331.5 milyon manat xalis mənfəət əldə edib.

    Bu dövrdə bankların əməliyyat mənfəəti isə 28% artaraq 644.1 milyon manata bərabər olub.

    2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı