BMT: Ukraynada 9 mindən çox mülki şəxs ölüb

Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9 mindən çox dinc sakin həlak olub.

Metbuat.az xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iclasında deyib.

Onun sözlərinə görə, ölən 9 083 nəfərin 530-u uşaqdır: “Münaqişə nəticəsində 15 779 nəfər yaralanıb, o cümlədən 1086 uşaq. Rəqəmlər çox güman ki, daha çoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı