Rusiyada vətəndaş müharibəsi - "Vaqner" Rostovu ələ keçirdi

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rostov şəhərindədir. Artıq Rostov “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.

Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu səbəbdən şəhərdəki bütün tədbirlər ləğv edilib.

Vətəndaşlara evlərini tərk etməmələri üçün çağırış edilib.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı