"Vaqner" tərəfindən ələ keçirilən Rostovda SON VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, Rostov şəhəri “Vaqnerçi”lər tərəfindən ələ keçirilib.

Metbuat.az xəbər verir ki, şəhərdə bütün tədbirlər ləğv edilib. İnsanlara küçələrə çıxmamaqları üçün çağırışlar edilib. Rostov-Voronej-Moskva magistralı olan M4 yolu tamamilə bağlanıb. Hal-hazırda kilometrlərlə uzunluqda tıxaclar yaranıb.

Bundan başqa, Rostovdakı universitetlərdə imtahanlar ləğv edilib. Təhsil müəssisəsiləri qeyri-müəyyən vaxtadək bağlanıb.

Hazırda Rostovun mərkəzi prospektlərinə pikap üzərinə quraşdırılmış silahlarla "Vaqner" muzdluları nəzarət edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı