Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edəcək.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, "Vaqner" Rusiyada hərbi çevrilişə cəhd edir. Rostov şəhəri hərbi birləşmə tərəfindən ələ keçirilib. Bu məqsədlə Moskvada antiterror əməliyyatları keçirilir.