Xəbər verdiyimiz kimi, "Vaqner" Rusiyada hərbi çevrilişə cəhd edir.
Metbuat.az xəbər verir ki, "Vaqner" ilk olaraq Rostovu ələ keçirilib.
Xarici KİV yazır ki, Rostovda Rusiya Silahlı Qüvvələrinin əsas qüvvələri var. Həmçinin Ukrayna ilə müharibənin əsas idarəetməsi bu bölgədən aparılır. Bu səbəbdən "Vaqner" rəhbəri öncə Rostovu ələ keçirilib. Hazırda irəlilədikləri Voronej bölgəsi də Rostova yaxın ərazidir.
Həmçinin oxuyun: Putinin sağ əli idi - "Vaqner"in rəhbəri Priqojin haqqında BİLİNMƏYƏNLƏR
Qeyd edək ki, hazırda Rostovda "Vaqner"çilər bəzi yerlərdə hərbi texnika, o cümlədən tanklar və hərbi polis maşınları yerləşdirib.