Rusiyada "Vaqner" qüvvələrinin nəzarətində olan bölgələrin xəritəsi yayılıb.
Metbuat.az bildirir ki, hazırda qüvvələr Moskvaya doğru irəliləyirlər.
Qeyd edək ki, "Vaqner" özəlhərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiya qüvvələrinin "Vaqner"in arxa düşərgərlərini raket atəşinə tutduğunu, bir çox muzdlu döyüşçünün öldüyünü açıqlayıb və buna cavab verəcəklərini deyib.
Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.