NATO-dan "Vaqner"in silahlı qiyamına reaksiya

NATO Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamına münasibət bildirib.

Metbuat.az bildirir ki, Alyansın sözçüsü Oana Lunqesku bildirib ki, Alyans vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, "Vaqner" özəlhərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiya qüvvələrinin "Vaqner"in arxa düşərgərlərini raket atəşinə tutduğunu, bir çox muzdlu döyüşçünün öldüyünü açıqlayıb və buna cavab verəcəklərini deyib.

Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı