Moskvaya hərəkət dayandırılır - Priqojin təklifi QƏBUL ETDİ

"Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Belarus prezidenti A. Lukaşenkonun gərginliyi azaltmaq üçün addımlar atmaq təklifini qəbul edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Prezident Ofisi məlumat yayıb.

Ofisin rəsmi Teleqram kanalında yayımlanan məlumatda qeyd edilir ki, Priqojin "Vaqner" qüvvələrinin Moskvaya doğru hərəkətini dayandırmağa və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Bildirilir ki, “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı