"Priqojinə qarşı cinayət işinə xitam veriləcək" - Peskov

“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam veriləcək.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ona qarşı cinayət işinə xitam veriləcək və özü də Belarusa gedəcək”, - deyə Peskov qeyd edib.

Kreml sözçüsü onu da deyib ki, insident xüsusi əməliyyatın gedişinə heç bir təsir göstərməyəcək və davam edəcək.

Bundan əvvəl Priqojinə qarşı silahlı üsyan təşkiletmə faktı ilə bağlı cinayət işi açılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı