Paytaxtın bu yollarında hərəkət tam məhdudlaşdırılacaq

İyunun 25-də saat 23-dən iyunun 27-i tarixində saat 20-dək Bakı şəhəri, Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissə) və eyni zamanda iyunun 26-da saat 23-dən iyunun 27-i saat 6-dək Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı və yolda hərəkət tam məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 7 sayda (4, 6, 10, 31, 77, 85, 88 №-li) müntəzəm marşrutun fəaliyyəti alternativ küçələrdən təşkil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı