Bayden və Zelenski arasında telefon danışığı oldu

ABŞ Prezidenti Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib. Bəyanatda qeyd olunub ki, prezidentlər Ukraynadakı müharibəni, Kiyevə Rusiya hücumlarından müdafiə olunmaq üçün dəstək məsələsini müzakirə ediblər. Bayden ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təkrarlayıb və Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımlar göstərməyə davam edəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı