"Vaqner"lə bağlı tətbiq edilən məhdudiyyətlər ləğv edildi

Moskvada “Vaqner” muzdlu dəstəsinin çevrilişə cəhdi ilə bağlı tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

Metbuat.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, həmçinin Rusiyanın bəzi şəhərlərində çevrilişə cəhdlə bağlı tətbiq edilən qadağalar aradan qaldırılıb. Məlumatda qeyd edilir ki, Moskvanın bəzi ərazilərində müşahidə edilən postlar isə əvvəldən qurulub onların “Vanqer” dəstəsinin üsyanı ilə əlaqəsi yoxdur.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Ardınca Belarusun vasitəçiliyi ilə “Vaqner” geri çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı