Messi Mbappeyə ayrılmaq barədə çağırış etdi: PSJ-dən sürpriz cavab - VİDEO

PSJ “İnter Mayami”yə transfer olan Lionel Messini ad günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, PSJ keçmiş üzvü üçün sosial media hesabında paylaşım edib. Maraqlıdır ki, bir müddət əvvəl Messinin Kilian Mbappeyə PSJ-dən ayrılması barədə çağırış etdiyi barədə məlumat dərc edilmişdi:

“Mən sənin “Barça”ya getməni istəyirəm. Amma “Real Madrid”ə getmək istəyirsənsə, o zaman getməlisən. Düşünürəm ki, bu, karyeran üçün uyğun seçim olacaq".

Messinin bu çağırışına baxmayaraq, PSJ-nin təbrik mesajı yayımlaması təqdir edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR