Əli Əliyevin partiyası fəaliyyətini DAYANDIRDI - FOTO

Vətəndaş və İnkişaf Partiyası (VİP) 17 ildən sonra fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.

Əli Əliyevin sədri olduğu partiya 2023-cü ilin yanvar ayında təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.

Qeyd edək ki, Ə. Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum olunmuşdu. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı. Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev mayın 8-də əfv olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı