"Barselona" İlkay Gündoğanın transferini açıqladı

"Barselona" klubu "Mançester Siti"də çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. İlkay Gündoğan azad agent kimi transfer edilib. Onunla 2+1 formasında müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən "şəhərlilər"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR