Bakı Humanitar Kollecinin tələbəsi məzun olduğu gün toy edib.
Metbuat.az "Baku.ws"a istinadən xəbər verir ki, şənlik 2 gün öncə - iyunun 24-ü qeyd olunub.
Məlumata görə, məktəbəqədər təlim və tərbiyə ixtisasının məzunu olan xanım eyni gündə həm də toyunu qeyd edib. Cütlük bəy-gəlin libasında məzun tədbirində iştirak etdikdən sonra toy mərasiminə qayıdıb.
Məzun günündə 2006-2016-cı illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə çalışmış Respublikanın Xalq artisti Gülyaz Məmmədova da iştirak edib və onlara mahnı həsr edib.
Sözügedən görüntüləri təqdim edirik.