600 milyonluq təklifə cavabı olay oldu

Səudiyyə Ərəbistanından fantastik təklif aldığı iddia edilən Luka Modriç "Real Madrid"də qalmağa üstünlük verib.

Metbuat.az xəbər verir ki, “Real” xorvatiyalı futbolçunun müqaviləsini daha bir il uzadıb. Bu barədə “Real” yazılı açıqlama verib.

"2012-ci ildə "Real Madrid"in heyətinə qatılan Luka Modriç 11 mövsümdə klubumuzu 488 matçda təmsil edib. O, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 3 LaLiga qalibi olub. 4 İspaniya Superkuboku 2018-ci ildə Ballon d'Or mükafatını alan ulduz oyunçu Rusiyada keçirilən Dünya Çempionatında Qızıl Top, Qətər-2023-də isə bürünc medal qazanıb”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından Luka Modriçə illik 200 milyon avro olmaqlla 3 illik təklif irəli sürüldüyü barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR