Azərbaycanlı muay-tay ustaları bürünc medal qazanıblar

Azərbaycanlı muay-tay ustaları ən azı daha iki bürünc medal qazanıblar.

Metbuat.az xəbər verir ki, Aisa Devrişova (57 kq) 1/4 finalda xorvatiyalı Zelyana Pitesanı 30:26 hesabı ilə məğlub edib. Emili Rzayeva (63,5 kq) isə döyüşsüz yarımfinala yüksəlib. Onun rəqibi fransalı Nora Kornolle müsabiqədən kənarlaşdırılıb. Yalnız Məhəbbət Qumbətov (71 kq) məğlub olub. O, polşalı Yakub Rayevskiyə uduzub - 28:29.

Beləliklə, Azərbaycanın üç təmsilçisi sabah yarımfinalda iştirak edəcək. Xatırladaq ki, bundan əvvəl Xəyal Əliyev (67 kq) 1/4 final döyüşündə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı